İmam Muhəmməd Baqir əleyhissəlamın təvəllüdü

20 April 2024

01:30

۸۱۰

Xəbərin xülasəsi :
Hicri-qəməri 1440-cı il Rəcəb ayının 1-i, miladi 2019-cu il mart ayının 8-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, imamət səmasının beşinci ulduzu həzrət Muhəmməd ibn Əli, imam Baqirin (əleyhissəlam) təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın təvəllüdü


Hicri-qəməri 1440-cı il Rəcəb ayının 1-i, miladi 2019-cu il mart ayının 8-i həzrət Peyğəmbərin  (sallallahu əleyhi və alih) əziz nəvəsi, imamət səmasının beşinci ulduzu həzrət Muhəmməd ibn Əli, imam Baqirin (əleyhissəlam) təvəllüd günüdür. Bu sevincli və şad günü bütün müsəlmanlara, o cümlədən, Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə təbrik deyirik və bütün mömin bacı-qardaşlara gözəl və şirin həyat arzulayırıq.


İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynul-abidin (əleyhissəlam), anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk imam olmuşdur. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülumdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.

İltimas dua.



Etiketlər :

Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın təvəllüdü