Mübarək Rəcəb ayının fəzilətlərindən

19 April 2024

17:20

۸۳۴

Xəbərin xülasəsi :
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurub: “Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və mehribandır”. Bu mübarək ayın xüsusi zikri belədir: - “Əstəğfirullahə və əs`əluhut tovbə”
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mübarək Rəcəb ayının fəzilətlərindən

Rəcəb ayı, Şəban ayı və mübarək Ramazan ayı fəzilətdə son dərəcədədirlər. Çoxlu hədislər bu barədə gəlmişdir. Həzrət Peyğəmbərdən belə rəvayət olunur; Rəcəb ayı çox böyük aydır, heç bir ay fəzilətdə ona yetişməz və bu ayda kafirlərlə müharibə haramdır.

Rəcəb ayı Allahın, Şəban ayı mənim, Ramazan ayı isə mənim ümmətimin ayıdır. Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın razılığına səbəb və ilahi qəzəbdən amanda olar. Cəhənnəm qapılarından biri onun üzünə bağlanar.

İmam Kazimdən (ə) belə rəvayət olunur ki, hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar. Başqa yerdə buyurur:- Rəcəb - cənnətdə süddən ağ, baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs mütləq o bulaqdan dada-caq.

İmam Sadiqdən (ə) peyğəmbərin belə buyurduğu nəql olunur:- Rəcəb ayı ümmə-timin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və mehri-bandır.

Bu ayın xüsusi zikri belədir: -Əstəğfirullahə və əs`əluhut tovbə.

İbni Babəveyh mötəbər sənədlə Salimdən nəql edir ki, o, belə dedi:- Rəcəb ayından bir neçə gün qalmış İmam Sadiqin (ə) hüzüruna getdim. Həzrətin mübarək gözləri mənə düşcək mənə buyurdu:- Heç bu ayda oruc tutmusan? Dedim:- Xeyr, ey peyğəmbər övladı! Buyurdu :- Sənin qədər savabı əldən verməyini Allahdan başqa heç kim bilmir. Həqiqətən bu ayı başqa aylardan üstün tutub, ona böyük hörmət qoyub. Onda oruc tutanı özünə əziz eləməyi vacib bilib. Sonra soruşdum:- Ey peyğəmbər övladı, əgər ayın qalan hissəsini oruc tutsam oruc tutanların savabına yetişərəm? Buyurdu:- Ey Salim, əgər bu ayın axırıncı günün kim oruc tutsa, Allah onu səkəratın, ölümün, qəbr əzabının qorxusundan qoruyar. Hər kim axırıncı iki günün oruc tutsa, Sirat körpüsündən asanlıqla keçər. Axırıncı üç gününü oruc tutsa, böyük Qiyamət gününün qorxu və şiddətindən amanda olar.

İltimas dua!


Etiketlər :

Mübarək Rəcəb ayının fəzilətlərindən