Həzrət İmam Musa ibn Cəfərin (əleyhissəlam) şəhadəti

29 March 2024

17:52

۸۵۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1440-cı il rəcəb ayının 25-i, miladi 2019-cu il aprelin 1-i İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür. Bu böyük əza gününü ilk növbədə Sahibəl-əsri vəz-zaman həzrət Məhdiyə (əccələllahu təala fərəcəhuş-şərif) və həmçinin Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə təsəlli və başsağlığı deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Musa ibn Cəfərin (əleyhissəlam) şəhadəti

Hicri-qəməri 1440-cı il rəcəb ayının 25-i, miladi 2019-cu il aprelin 1-i İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür. Bu böyük əza gününü ilk növbədə Sahibəl-əsri vəz-zaman həzrət Məhdiyə (əccələllahu təala fərəcəhuş-şərif) və həmçinin Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə təsəlli və başsağlığı deyirik. Ümid edirik əzizlər bu qəmli-qüssəli gündə əqidəmizə uyğun şəkildə əzadarlıq məclisləri təşkil etsinlər və Əhli-beytin (əleyhimussəlam) bəşərə nicat verən kəlamlarını hörmətli xalqımıza çatdırsınlar.

Həzrət İmam Sadiq (əleyhissəlam) şəhid olan zaman Abbasi xəlifəsi Mənsur Dəvaniqi öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O bu işdə təkcə şiələri deyil, eləcə də onun hakimiyyəti ilə müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki, Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.

İmam Kazim (əleyhissəlam) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiq əleyhissəlamın şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki əgər Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) öz yerinə bir nəfər canişin təyin edibsə onu, çağırtdır və boynunu vur! Çox çəkmədi ki Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: “Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır:

1-Dövrün xəlifəsi – Mənsur Dəvaniqi;

2-(Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman;

3-Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazim əleyhissəlamın böyük qardaşı);

4-Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam));

5-Həmidə (İmam Sadiq əleyhissəlamın həyat yoldaşı).

Mədinə hakmi bunları yazdıqdan sonra qeyd edir ki, bunlardan hansının boynunu vurdurum?

Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki bunları öldürmək olmaz!

Həzrət İmam Sadiq əleyhissəlamın bu vəsiyyətnaməsi tamamilə siyasi idi. Çünki o həzrət özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış, lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq və yaranmış təhlükəni ondan uzaqlaşdırmaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.

Təəssüflər olsun ki, hazırki dövrümüzün bəzi cahilləri Şiə əqidəsində təqiyyə mövzusunu dərk etmədən, bəlkə də dərk etmək istəmədən bəzən təqiyyəni bu məzhəbə irad tutur və car çəkərək Şiə məzhəbində yalan danışmağın caiz olduğu kimi iftiralı sözləri təkrar edirlər. Halbuki təqiyyə mövzusu həm şəriət baxımdan, həm də əqli baxımdan təsdiq olunmuş bir məsələdir. Belə ki, hələ islamın əvvəllərində müşriklərin görkəmli səhabə Əmmar Yasirin ata və anasını qətlə yetirməsi və Əmmarın öz canını qorumaq məqsədilə yanlış fikirlər söylədikdə onu azad etmələrindən sonra Əmmarın vicdan əzabı keçirdiyini gördükdə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) ona buyurur ki, kaş sənin ata və anan da bu kimi “yanlış sözlər” deyərək (yəni təqiyyə edərək) öz canlarını ölümdən qurtaraydılar...!? Xülasə həzrət Sadiqin (əleyhissəlam) buyurduğuna əsasən yerli olaraq təqiyyə etmək islam dinində düzgün və lazımdır, hətta buyurur təqiyyəni qəbul etməyənlər sanki dini qəbul etməmişlər...

Həzrət İmam Rza əleyhissəlamdan bir hədisdə belə nəql edilir:

مَن تَصَدَّقَ وَقتَ افطارِهِ عليَ مِسكِينٍ بِرَغِيفٍ غَفَرَ اللهُ لَهُ ذَنبَهُ وَ كَتَبَ لَهُ ثَوابَ عٍتقٍ رَقَبَةٍ مِن وُلدِ اسماعٍيلَ

Hər kəs iftar vaxtı yoxsul və möhtac olan şəxsə bir çörək versə, Allah taala onun günahlarını bağışlar və ona İsmayil peyğəmbərin övladlarından olan bir qulun azad edilməsi savabını yazar.

Mənbə: 
Möhtəşəm "Vəsailuş-Şiə" kitabı, 10-cu cild, səh. 316

Iltimas dua!

Etiketlər :

Həzrət İmam Musa ibn Cəfərin (əleyhissəlam) şəhadəti