Müqəddəs Bəqi qəbiristanlığının vəhşicəsinə dağıdılması

19 April 2024

23:17

۱,۵۶۹

Xəbərin xülasəsi :
Hicri qəməri 1440-cı il şəvval ayının 8-i, miladi 2019-cu il iyunun 12-i müqəddəs Mədinə şəhərində Bəqi qəbiristanlığında dörd Məsum imamın (əleyhimussəlam) müqəddəs məzarlarının vəhşicəsinə dağıdılmasının ildönümüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri qəməri 1440-cı il şəvval ayının 8-i, miladi 2019-cu il iyunun 12-i müqəddəs Mədinə şəhərində Bəqi qəbiristanlığında dörd Məsum imamın: imam Həsən Müctəba, imam Zeynəl-Abidin, imam Baqir və imam Sadiqin (əleyhimussəlam) pak və şərafətli məzarları əsası müstəkbir və islamın əleyhinə olan şeytani qüvvələrin tərəfindən qoyulan vəhhabi firqəsinin qulları tərəfindən dağıdılmışdır. 

İslam və imandan xəbərsiz olan bu tayfanın tərəfdarları yalnız qeyd olunan məzarları dağıtmaqla kifayətlənməmişlər, əksinə bu gözləri görməyən, qulaqları eşitməyən və dilləri haqq sözü danışmağa qadir olmayan daşürəkli canlılar İslamın beşiyi olan müqəddəs Məkkə və Mədinə şəhərlərində və eləcə də bir çox şəhərlərdə insan qanı tökmək və tarixi və dini abidələri dağıtmaqla, xüsusilə də Peyğəmbər və Əhli-beyti (əleyhimussəlam) xatırladan hər hansı bir əlamət və nişanələri dağıtmaqdan yayınmamış və son dərəcə böyük vəhşilikləri törətməkdə tarixin ən qəddar insanları sırasında olmuşlar.

Bu faciəli günü və böyük müsibəti ilk növbədə imam Zaman əleyhissəlama və daha sonra siz əzizlərə və Əhli-beyt dostlarına başsağlığı deyir, bütün möminlər üçün Allah taaladan səbr və dözüm diləyirik.

Etiketlər :

Müqəddəs Bəqi qəbiristanlığının vəhşicəsinə dağıdılmasının ildönümü