Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı
03 September 2026
10:51
۹۵۴
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı
Hicri-qəməri 1441-ci il rəcəb ayının 15-i, miladi
2020-ci il maptın 10-u Əhli-Beyt xanədanının ilk qız övladı, Kərbəla qiyamının
davamçısı, müsibətlər anası həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının
ildönümüdür. Qəm, qüssə, hüzn və müsibətlə qocalan Əmirəl-möminin Əli əleyhissəlamın
və həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) bu dözümlü və istiqamətli qızı həzrət
Seyyiduş-şuhədanın (əleyhissəlam) və Kərbəla şəhidlərinin adı yaşadıqca tarixdə
yaşayacaqdır. Səbir və təqva nümunəsi, Bəni Haşimin əqiləsi, Ali Əlinin abidəsi həzrət Zeynəbin (əleyhasəlam) bu əzəmətli və qüssəli gündə vəfat etməsini ağamız həzrət Sahib-əz Zaman əleyhissəlama
təsəlli deyir və bütün şiələrə başsağlığı bildirərək, əziz mömin və möminə bacı-qardaşlara Kərbəla aşiqlərinə münasib əməl,
rəftar və həyat tərzi arzulayırıq.