Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri

28 March 2024

13:00

۶۸۰

Xəbərin xülasəsi :
Ramazan ayının iyirmi yeddinci gecəsi fəzilətli gecələrdən sayılır. Bu gecədə Məsumlardan yetişən hədislərə əsasən bu gecədə xüsusi əməllər zikr edilmişdir, o cümlədən, qüsl etmək, namaz qılmaq, gecəni ehya edib ibadətlə məşğul olmaq, Quran oxumaq, Seyyiduş-Şuhəda imam Huseynin (əleyhissəlam) ziyarəti və s
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri

1.Bu gecə xüsusilə qüsl almaq qeyd olunmuşdur və İmam Zeynulabidin leyhissəlam) bu gecədə əvvəlindən axırına kimi oxuyardı:

اللَّهُمَّ ارْزُقْنِي التَّجَافِيَ عَنْ دَارِ الْغُرُورِ وَ الْاِنَّابَةَ إِلَى دَارِ الْخُلُودِ وَ الاسْتِعْدَادَ لِلْمَوْتِ قَبْلَ حُلُولِ الْفَوْتِ

Əllahummərzuqnit təca­fi­yə ən daril ğurur, vəl inabətə ila daril xulud, vəl isti`dadə lil məvti qəblə hululil fəvt.

İlahi, qürur (fani) evindən uzaqlaşıb, əbədi evə qayıtmağı və vaxtı çatmamışdan öncə ölümə hazırlığı mənə nəsib et!

2. Gecəni oyaq qalmaq (Ehya saxlamaq);

3. İmam Hüseynin leyhissəlam) ziyarəti;

4. Altı rükət namaz (iki rükət, iki rükət);

5. Otuz rükət namaz. Hər rükətdə “Həmd”dən sonra on dəfə “İxlas”surəsini oxumaq. Bu namazı İbni Tavus peyğəmbərdən çoxlu fəzilətlə nəql edib.

6. On iki rükət (iki-iki) namaz. Hər rükətdə “Həmd”, “İxlas”, “Fələq”,”Nas” və “Ayətəl-kürsi”ni bir dəfə, “Qədr”surəsini isə dörd dəfə oxumaq lazımdır. Salamları dedikdən sonra dörd dəfə deyin:

اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ لا أَتَّخِذُ مِنْ دُونِهِ وَلِيّا

Əllahu Əllahu rəbbi la uş­ri­ku bihi şəy`a, və la ət­təxizu min dunihi vəliy­ya.

Allah mənim Rəbbimdir. Mən ona heç bir şeyi şərik qoşmur və Ondan başqasına özümə dost (hami) seçmərəm.

Sonra ürəyin nə istəsə oxu. Bu Seyidin İmam Sadiqdən (ə) nəql etdiyi namazdır. Amma Kəfəmi “Misbah”da yazır; Davud ibn Sərhan İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: Rəcəb ayının orta gecəsində on iki rükət namaz qılırsan, hər rükətdə Həmd surəni oxuyub namazı qurtardıqdan sonra “Həmd”, “Fələq”, “Nas”,”İxlas” surələrini və “Ayətəl-kürsi”ni dörd dəfə oxuyursan. Sonra dörd dəfə deyirsən:

سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ

Subhanəlləhi vəlhəmdu lil­lahi və la ilahə illəl­lahu vəllahu əkbər.

Allah pak və bütün eyiblərdən uzaqdır. Həmd-səna Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur. Allah böyükdür.

Sonra deyirsən:

اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ مَا شَاءَ اللَّهُ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ

Əllahu Əllahu rəbbi la uş­riku bihi şəy`a, və ma şaəllahu la quvvətə illa billahil əliyyil əzim.

Allah mənim Rəbbimdir. Mən ona heç bir şeyi şərik qoşmuram. Allah nə istəsə (o da olar). Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.

Mənbə: “Məfatihul-cinan”, Ramazan ayının gecələrinin əməlləri.

İltimas dua!


Etiketlər :

Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri