Zil-qədə ayının bazar günü ( yekşənbə) namazı

20 April 2024

10:57

۶۷۶

Xəbərin xülasəsi :
Böyük şəxsiyyətlərin çox təkid etdikləri davamlı ənənələrindən biri zil-qədə ayının bazar günlərində qılınan tövbə namazıdır. Həqiqətdə, bu namaz ilin digər günlərində "rəca`" (qəbuluna ümidvar olmaq) niyyəti ilə qılına bilər, amma zil-qədə ayının bazar günlərində bu namaza daha çox diqqət edilir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Zil-qədə ayının bazar günü ( yekşənbə) namazı

Zil-qədə ayının bazar günü namazını unutmayın və öz dostlarınızı da bu namazın qılınmasına dəvət edin.

Böyük şəxsiyyətlərin çox təkid etdikləri davamlı ənənələrindən biri zil-qədə ayının bazar günlərində qılınan tövbə namazıdır. Həqiqətdə, bu namaz ilin digər günlərində "rəca`" (qəbuluna ümidvar olmaq) niyyəti ilə qılına bilər, amma zil-qədə ayının bazar günlərində bu namaza daha çox diqqət edilir.

Bu namazın qılınmasına əxlaq alimləri xüsusi əhəmiyyətlə yanaşmış və yerinə yetirilməsinə dair göstəriş vermiş və bütün ibadət çillələrini onunla başlamışlar.

Namazın yerinə yetirilmə qaydası:

Zil-qədə ayının bazar günü (tövbə niyyəti ilə) qüsl edilir, sonra zil-qədə ayının bazar gününün tövbə namazı niyyətilə dörd rəkət (iki dəfə iki rəkətli) namaz yerinə yetirilir. Hər rəkətdə "Həmd" surəsindən sonra üç dəfə "Tövhid" və bir dəfə "Muəvvəzətəyn" (Nas və Fələq) surələrini oxuyur.

İkinci namazın salamından sonra yetmiş dəfə: məs; "əstəğfurullahə Rabbi"-deyə, istiğfar (Allahdan bağışlanmaq) istənilir, sonda isə "Lə həvlə və lə quvvətə illə billəhil-Əliyyil Əzim" zikri deyilir. (Bəzi böyük şəxsiyyətlərin göstərişində  "Lə həvlə və lə quvvətə illə billəhil-Əliyyil Əzim" zikrinin yeddi dəfə deyilməsi göstərilir, belə nəzərə çatır ki, bu tövsiyə daha doğru və səhihdir).

Nəhayət sonda belə deyilir:

"Ya Əzizu, ya Ğəffar, iğfirli zunubi və zunubə cəmiil-mumininə vəl muminati, fə innəhu lə yəğfiruz-zunubə illə əntə.”

Bu namazın qılınmasında diqqəti cəlb edən bir məsələ, "həqqun-nas" barəsində olunan bəhsdir. Namazın izahında deyildiyi kimi, Qiyamət günündə tələbkarlar ondan razı qalacaqlar. (İnsan boynunda olan həqqun-nası (xalqın haqqını) qaytarmaq üçün cox çalışmalıdır. Əgər borclu olduğu şəxsi tapmasa, ya borcunu qaytaracağı halda daha böyük fəsadın baş vermə ehtimalı olsa, o şəxsin tərəfindən sədəqə versin, ya Allahdan onun günahlarının bağışlanmasın istəsin, ya onun niyyəti ilə ehsan etsin və s. Lakin mümkündür bəzən insan özü də bilmədən boynunda həqqun-nas (xalqın haqqı) olsun, belə olan halda bu namazın köməkliyi ilə Qiyamət günü tələbkar şəxs öz haqqından keçəcək və insanı halal edecəkdir.


Iltimas dua!


Etiketlər :

Zil-qədə ayının bazar günü namazı