pic
pic

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik” mövzusunda çıxışları

Xəbərin xülasəsi :
Beləliklə, burada din məfhumundan məqsəd, o əsli və pak olan gövhər nəzərdə tutulur ki, əvvələn, İlahi və qeyb mənbəyindən gəlib bəşərin ixtiyarında qoyulsun, ikincisi, hər bir zamanda gərək əmin və məsum qoruyucusu olsun və üçüncüsü, heç cür köhnəlib qüvvədən düşməsin

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları

Birinci çıxış (ardı)

Bu mətləbin təsdiqində qəbul edilməlidir ki, keçmiş dinlərin müxtəsər şəkildə araşdırması bu həqiqəti göstərir ki, hər bir dövrdə olan din, həmin dövrün insanlarının agahlığı və inkişafı ilə mütənasib olmuşdur. Eyni halda, heç bir sonrakı dövrdə gələn din, özündən əvvəl olan dövrdəki dindən daha naqis və daha zəif olmamış və hər bir tarixi dövrdə həmişə bəşərin təkamülü dinlərin təkamülü ilə yanaşı olmuşdur, necə ki, “İmamiyyə” əqidəsinə görə sonuncu və ən kamil olan din, yəni İslam dini bəşər tarixinin elə bir mərhələsi üçün gəlmişdir ki, insanları inkişafı öz ali mərtəbəsinə yetişmişdir.

Bu təhlilə müvafiq olaraq, necə ki, din, “bəşərin təkamülünün seyrini rəsm edən”dir və bütün dövrlərdə yaşayışın məqsədini bəşəriyyətə göstərmiş və hər bir zamanda bəşərin həmin dövrə mütənasib fikirlərini əsas məqsədə doğru hidayət etmişdir; Eləcə də “din bəşərin bütün fərdi, ictimai və hökumət işlərini nizam-intizama salması” cəhətinə diqqət yetirdikdə, aydın olur ki, dinin köməyi olmadan bəşər, hətta fərdi həyatda belə bir proqramı həyata keçirə bilməz. Çünki fərd və cəmiyyət öz ağlının qüvvəsi ilə dünyanın olduqca çox həqiqətlərini dərk etməkdən aciz olduğu və bir çox əsasları ələ gətirmək qabiliyyətinə malik olmadığını nəzərə alaraq, özü üçün bir proqram yazıb şəxsi rabitələrini tənzimləyə bilməz.

Beləliklə, bəşərin əsasən dinə olan ehtiyacını isbat edən eyni dəlil, bu mətləbi də sübuta yetirə bilər ki, bəşərin ehtiyaclarının getdikcə artması və onun təkamülünün yüksəlişi ilə, bəşərin dinə olan ehtiyacları da artır.

İkinci mətləb: Dinin məfhumunun doğru bəyanı;

Müqəddimə olaraq qeyd edəcəyimiz ikinci mətləb budur ki, din və onun dərin məfhumları, təəssüflər olsun ki, bəzi ziyalılar tərəfindən “insani təbirlər”lə məna edilmişdir. Çünki din ədəbiyyatında olan “besət” və “xatəmlik” yüksək məfhumlarını “bəşərin uşaqlıq dövrünün başa çatması”[1], ya “fitri istedadı olan birisinin zehni fəallığı və beyin kimyəvi maddələrinin güclü prosesi”[2] və ya “islahatçı bir məsulda insani özünüdərketmənin şükufələnməsi”[3] kimi məna edən və bəşəri səadət və hidayətin bütün yönlərində özlərinə rəhbər bilən insanlar “besət”dən sonra heç bir əsirdə dinin hüzurundan söz aça bilməzlər.

Beləliklə, burada din məfhumundan məqsəd, o əsli və pak olan gövhər nəzərdə tutulur ki, əvvələn, İlahi və qeyb mənbəyindən gəlib bəşərin ixtiyarında qoyulsun, ikincisi, hər bir zamanda gərək əmin və məsum qoruyucusu olsun və üçüncüsü, heç cür köhnəlib qüvvədən düşməsin.




[1] “İslamda dini fikrin ehyası”, Məhəmməd İqbal Lahuri, səh. 130

[2] “Besət və azadlıq”, Məhdi Bazərgan, səh. 49

[3] “İslamı tanımaq yolu”, Əli Şəriəti, səh. 186