pic
pic

Zil-həccə ayının ilk ongünlüyünün əməlləri: 1-ci gün

Xəbərin xülasəsi :
Günbatana az qalmış iki rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsinin oxunması tövsiyə olunur

Bismillahir-Rahmənir-Rahim

Zil-həccə ayının ilk ongünlüyünün əməlləri

(ardı)

5. Zil-həccə ayının ilk ongünlüyündə, hər gün aşağıdakı duanın on dəfə oxunmasının savabı çoxdur. Bu dua Əmirəlmöminin Əlidən (əleyhissəlam) nəql olunur:

لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ اللَّيَالِي وَ الدُّهُورِ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ أَمْوَاجِ الْبُحُورِ لا إِلَهَ إِلا اللَّهُ وَ رَحْمَتُهُ خَيْرٌ مِمَّا يَجْمَعُونَ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ الشَّوْكِ وَ الشَّجَرِ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ الشَّعْرِ وَ الْوَبَرِ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ الْحَجَرِ وَ الْمَدَرِ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ لَمْحِ الْعُيُونِ لا إِلَهَ إِلا اللَّهُ فِي اللَّيْلِ إِذَا عَسْعَسَ وَ [فِي‏] الصُّبْحِ إِذَا تَنَفَّسَ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ الرِّيَاحِ فِي الْبَرَارِي وَ الصُّخُورِ لا إِلَهَ إِلا اللَّهُ مِنَ الْيَوْمِ إِلَى يَوْمِ يُنْفَخُ فِي الصُّورِ

La ilahə illəllahu ədədəl-ləyali vəd-duhur, la ilahə illəllahu ədədə əmvacil buhur, la ilahə illəllahu və rəhmətuhu xəyrun mimma yəcməun, la ilahə illəllahu ədədəş-şəvki vəş-şəcər, la ilahə illəllahu ədədəş-şə`ri vəl vəbər, la ilahə illəllahu ədədəl həcəri vəl mədər, la ilahə illəllahu ədədə ləmhil uyun, la ilahə illəllahu fil-ləyli iza əs`əs, vəs-subhi iza tənəffəs, la ilahə illəllahu ədədər-riyahi fil bərari vəs-suxur, la ilahə illəllahu minəl yəvmi ila yəvmi yunfəxu fis-sur.

Zil-həccə ayının 1-ci gününə məxsus olan əməllər

Zil-həccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur:

1. Oruc tutmaq;birinci günün orucu səksən ayın orucunun savabına bərabərdir.

2. Həzrət Fatimeyi-Zəhranın (əleyha səlam)) namazını qılmaq; bu namaz iki-iki dörd rükətdir və hər rükətdə “Həmd” surəsindən sonra əlli dəfə “İxlas” surəsi və namazın salamından sonra isə xanım Fatimeyi-Zəhranın (əleyha səlam) təsbihi deyilir və daha sonra bu duanın oxunması tövsiyə olunur:

سُبْحَانَ ذِي الْعِزِّ الشَّامِخِ الْمُنِيفِ سُبْحَانَ ذِي الْجَلالِ الْبَاذِخِ الْعَظِيمِ سُبْحَانَ ذِي الْمُلْكِ الْفَاخِرِ الْقَدِيمِ سُبْحَانَ مَنْ يَرَى أَثَرَ النَّمْلَةِ فِي الصَّفَا سُبْحَانَ مَنْ يَرَى وَقْعَ الطَّيْرِ فِي الْهَوَاءِ سُبْحَانَ مَنْ هُوَ هَكَذَا وَ لا هَكَذَا غَيْرُهُ

Subhanə zil izziş-şamixil munif, subhanə zil cəlalil bazixil əzim, subhanə zil mulkil faxiril qədim, subhanə mən yəra əsərən nəmləti fis-səfa, subhanə mən yəra vəq`ət-təyri fil-həva, subhanə mən huvə hakəza və la hakəza ğəyruh.

3. Günbatana az qalmış iki rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsinin oxunması tövsiyə olunur.

4. Zülmkarın şərindən qoxan insan Zil-həccə ayının birinci günü bu duanı oxusa, Allah-Taala onu zülmkarın şərindən qoruyar:

حَسْبِي حَسْبِي حَسْبِي مِنْ سُؤَالِي عِلْمُكَ بِحَالِي

Həsbi, həsbi, həsbi min suali ilmukə bihali.

Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zil-həccə ayının əməlləri” bölümü.