Kərbəla vaqeəsinə bir baxış

24 April 2024

05:25

۶۷۷

Xəbərin xülasəsi :
Kərbəla vaqeəsi Qurani-kərimin möminlər və kafirlər haqda bəyanının əyani misalıdır. İmam Huseyn əleyhissəlamın məktəbinə daxil olmaq istəyən tələbələr üçün burada heç bir yaş məhdudiyyəti yoxdur. Bu məktəbdə təhsil almaq üçün altı aylıq südəmər uşaqdan, səksən yaşlı qocaya qədər tədris fənləri və həyat dərsləri şərh edilmişdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Kərbəla vaqeəsinə bir baxış

Aşura günü və Kərbəla vaqeəsinin rəssamı Allah-taaladır! Bu əsər Allahın şah əsəridir; hər bir rəssam və ya bəstəkar öz şah əsərində müəyyən bir mənanı ifadə etmək üçün hansısa nöqtəni, rəngi, səsi və səhnəni daha gözəçarpan qələmə alır, Allah-taala da bu əsərində Peyğəmbər və onun Əhli-beytinin (sallallahu əleyhi və alih) bütün bəşəriyyətə örnək və haqqa hidayət edən olduğunu ifadə etmək üçün bu şah əsərində bütün rəngləri, səsləri, nöqtələri və səhnələri təkraredilməz, vəsfəgəlməz və xariqüladə epizodlarla təsvirə almışdır...

Kərbəla vaqeəsi Qurani-kərimin möminlər və kafirlər haqda bəyanının əyani misalıdır. İmam Huseyn əleyhissəlamın məktəbinə daxil olmaq istəyən tələbələr üçün burada heç bir yaş məhdudiyyəti yoxdur. Bu məktəbdə təhsil almaq üçün altı aylıq südəmər uşaqdan, səksən yaşlı qocaya qədər tədris fənləri və həyat dərsləri şərh edilmişdir.

 Həzrət Huseyn əleyhissəlamın qiyamında olduqca mehriban, xeyirxah və həssas duyğulu bəndələrin ən qəddar, qansız və şeytani insanlar önündə qərar tutması, mömin simalara ecazkarlıq və əbədilik bəxş edir, şeytani sifətlərə də böyük nifrət və qəzəb yaradır. Bu İlahi məktəbin dərslərinin və ibrətlərinin əbədiliyi və sönməzliyi sirri də, məhz insan fitrətinin paklığa və gözəlliyə məhəbbət, rəzillik və çirkinliyə ikrah etməsidir.

Ənbiyanın göndərilmə məqsədi, tarixi hadisələrin yüksək məharət və ecazkarlıqla təsvir edilməsi və insanın hidayət olunması üçün onlardan həmişəlik faydalana bilmələridir. Aşura hadisəsi bu məqsədə tam nail olmuş, müsbət və mənfi surətləri mükəmməl təsvirə çəkmişdir. Ona görə də müsibətlər görmüş həzrət Zeynəb əleyhasəlam zalım və qəddar İbn Ziyadın qarşısında iftixarla cavab verərək buyurur:

والله ما رأیت الا جمیلا

“And olsun Allaha ki, gözəllik və həqiqətdən savayı heç nə görmədim.”

 Bu sözləri bütün əzizlərini, dövrün ən şərəfli insanlarını, Peyğəmbərin haqq xəlifəsi və imamını gözləri önündə amansızca qətlə yetirilməsini görən müsibətlər anası Zeynəbi-Kubra əleyha səlam buyurur.



 

Etiketlər :

Kərbəla vaqeəsinə bir baxış