Rəsuləllahın (sallallahu əleyhi və alih) vəfatı

28 March 2024

20:49

۶۶۰

Xəbərin xülasəsi :
Hicri qəməri 1442-ci il səfər ayının 28-i, miladi 2020-ci il oktyabrın 16-ı Allah-taalanın həbibi və sevimli peyğəmbəri həzrət Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) vəfatının və onun əziz nəvəsi həzrət Həsən ibn Əlinin (əleyhiməssəlam) şəhadətinin ildönümü günüdür. Bu əzəmətli və ürəkyandıran müsibəti öncə həzrət Məhdi Sahib əz-Zamana (əccələllahu taala fərəcəhuş-şərif) sonra da bütün mömin bacı-qardaşlara təsəlli və başsağlığı deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) vəfatı

Hicri qəməri 1442-ci il səfər ayının 28-i, miladi 2020-ci il oktyabrın 16-ı Allah-taalanın həbibi və sevimli peyğəmbəri həzrət Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) vəfatının və onun əziz nəvəsi həzrət Həsən ibn Əlinin (əleyhiməssəlam) şəhadətinin ildönümü günüdür.  Bu əzəmətli və ürəkyandıran müsibəti öncə həzrət Məhdi Sahib əz-Zamana (əccələllahu taala fərəcəhuş-şərif) sonra da bütün mömin bacı-qardaşlara təsəlli və başsağlığı deyirik.

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) bəzi ləqəbləri belədir:

Xeyrül-bəriyyə (bəşərin ən xeyirlisi), Nəbiyyür-rəhmət (rəhmət nəbisi), Xatəmün-nəbiyyin (nəbilərin sonuncusu), Rəhmətən lil-aləmin (aləmlər üçün rəhmət), Seyyidül-mürsəlin (rəsulların seyyidi), İmamül-müttəqin (müttəqilərin imamı), Həbibullah (Allahın həbibi), Nemətullah, Əl-əminül-müntəxəb (seçilmiş əmanətdar), Sahibül-hövzi vəl-Kövsər (hovuz və kövsər sahibi), Miftahül-cənnət (cənnətin açarı), Dəvətü İbrahim (İbrahimin dəvəti), Buşra İsa (İsanın bəşarəti).

HӘZRӘTİ PЕYĞӘMBӘRİN HİKMƏTLİ SÖZLӘRİNDӘN

1-Ümmәtimdәn iki dәstә islаh оlunsа, ümmәtim tаmаmilә islаh оlаr, fаsid оlsа, tаmаmilә fаsid оlаr: Аlimlәr vә hаkimlәr.

2-Müsәlmаn оdur ki, müsәlmаnlаr оnun әli vә dilindәn аmаndа qаlsınlаr.

3-Yахşı işә yоl göstәrәn özü sаnki о işi görür.

4-Cәnnәt аnаlаrın аyаğı аltındаdır.

5-Qаdınlаrlа dаvrаnışdа Аllаhdаn qоrхun vә оnlаrа yаrаyаn yахşılığı әsirgәmәyin.

6-İnаdlı оlmаqdаn çәkinin, çünki оnun sәbәbi nаdаnlıq, nәticәsi isә pеşmаnçılıqdır.

7-Dоğru dаnışmаq ürәyi аrхаyınlаşdırаr, yаlаn dаnışmаq şübhә vә pәrişаnlıq törәdәr.

8-Ürәk islаh оunmаyıncа imаn yаrаnmаz, dil islаh оlmаzsа, ürәk islаh оlmаz.

9-Hаlаl sәrvәtin yахşı аdаm әlindә оlmаsı çох gözәldir.

10-Аdаmlаrı dоstlаrındаn tаnı. Çünki insаn özü ilә еyni mаhiyyәtdә оlаnı sеvәr.

İltimas dua!

Etiketlər :

Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) vəfatı