Bir Quran və bir qiraət

19 April 2024

14:50

۵۱۳

Xəbərin xülasəsi :
Ayətullah Muhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) ali fiqh elmi dərsində Quranın qiraətləri müxtəlifliyi haqda olan şübhəyə cavabı
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ayətullah Muhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) ali fiqh elmi dərsində Quranın qiraətləri müxtəlifliyi haqda olan şübhəyə cavabı

(ardı)

Bu kitabda İbn Cəzəri deyir:

«كل قراءة وافقت العربية ولو بوجه و وافقت احدالمصاحف العثمانية و لو احتمالاً و صح سندها، فهي القراءة الصحيحة»

Səhih qiraət odur ki, qramatik baxımdan doğru bir surətə malik və osmani müshəflərin biri ilə də müvafiq olsun. Bi iki xüsusiyyəti; qramatik qaydalara və osmani müshəflərə müvafiq olan bir qiraət səhih və inkaredilməzdir.

«فهی القراءة الصحیحة، التی لا یجوز ردها، و لا یحل إنکارها»

Bu ibarətləri mərhum Ağa Xoyi də Əl-Bəyan kitabında qeyd etmişdir. Hər kəs bunları görsə, onda heç bir şübhə yeri qalmaz.

Sonra deyir: Əl-Murşidul vəciz kitabının müəllifi deyir:

«فلا ینبغی أن یغتر بکل قراءه تعزی إلی واحد من هؤلاء الأئمه السبعه، ویطلق علیها لفظ الصحة، وإن هکذا أنزلت، إلا إذا دخلت فی ذلک الضابط»

Bu qarilərə və yeddi qiraət imamlarına nisbət verilən bir qiraət üçün insan məğrur olmamalı və onu səhih bilməməlidir. Əksinə qiraət bu qayda əsasında olmalıdır; qramatik və ədəbiyyat qaydalarına uyğun və osmani müshəflərin  birinə müvafiq olsun.

Nəhayət bu ibarətə yetir və deyir:

«فإنّ الاعتماد علی استجماع تلک الأوصاف لا عمّن تنسب إلیه»

Həfsin qiraətini qəbul etməyimiz, ona xatir deyil ki, Həfs onu Asimdən nəql edibdir, əksinə ona görədir ki, qiraətin qəbul edilməsi qaydaları və şəraiti onda riayət edilmişdir. Buna oxşar mətləbi bizim tanınmış alimlərimiz hədislərdə, hədisin məsumdan sadir olmasına etibar etmək bəhsində buyururlar. Deyirlər ki, hədisin məzmunu, ya yüksək məzmunu onun məsumdan sadir olmasına inam yaradır və artıq ravinin araşdırılmasına ehtiyac duyulmur. Burada da deyirlər ki, qiraətin özü xüsusiyyət və şəraitə malikdir, ya xeyr? Ona görə yox ki, Həfs oxumuşdur, sonra da deyək ki, Həfs zəif, hədisi etibarsız və fasid bir şəxs olmuşdur. Sonra da: “Ağalar hədisini qəbul etmirlər, lakin Quranını qəbul edirlər”-deyə, istehza edək.

(ardını izləyin)


Etiketlər :

Quranın qiraətləri müxtəlifliyi haqda olan şübhəyə cavab