Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü

28 March 2024

17:09

۵۴۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il Şəban ayının 4-ü, miladi 2021-ci il martın 18-i həzrət imam Huseynin (əleyhissəlam) Kərbəla vaqiəsində döyüşçülərinin sərkərdəsi və ələmdari olan həzrət Qəməri Bəni Haşim Əbul-Fəzlil Abbas əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü

Hicri-qəməri 1442-ci il Şəban ayının 4-ü, miladi 2021-ci il martın 18-i həzrət imam Huseynin (əleyhissəlam) Kərbəla vaqiəsində döyüşçülərinin sərkərdəsi və ələmdari olan həzrət Qəməri Bəni Haşim Əbul-Fəzlil Abbas əleyhissəlamın təvəllüd günüdür.[1] Bu gözəl və sevindirici gün ilə əlaqədar öncə Allah-təalanın yer üzərindəki sonuncu hüccəti mövlamız həzrət Sahib Zamana (əccələllahu təala fərəcəhuş-şərif), eləcə də mömin bacı və qardaşlara təbrik deyirik. Arzu edirik bütün müsəlmanlar bu günün mövludu kimi dini və ictimai həyatlarında həmişə Allah-təalaya, Qurani-kərimə və müqəddəs din rəhbərlərinə itaətkar və vəfalı olsunlar və İlahi əmrlərin yerinə yetirilməsini hər bir şəxsi əməldən üstün və irəli bilsinlər.

O Həzrətin məşhur adı həzrət Əbbasdır (əleyhissəlam) və eləcə də Əbul-Fəzl, Əbul-qərəbə, Qəməri Bəni Haşim, Babul-həvaic, Əbdu Saleyh və Səqqa da adlandırmışlar.[2]

Əziz atası həzrət Əmirul-möminin əleyhissəlam və möhtərəm anası Ummul-Bənin Fatimə bint Hizam Kilabiyyə (əleyhasəlam) olmuşdur. O Həzrət gözəl simalı olduğu üçün ona Qəməri Bəni-Haşim ləqəbi vermişlər. Uca boylu, güclü qolu var idi, atın belinə oturarkən dizləri atın boynuna qədər çatıardı. Şücaətində həzrət imam Həsən və imam Huseyndən (əleyhiməssəlam) sonra həzrət Əmirul-möminin Əlinin uşaqlarının arasında ən irəlidə dururdu. O Həzrət ordunun başçısı və Kərbəla məzlumunun ələmdarı idi.[3]


[1] “Xəsaisul-Əbbasiyyə”; səh.66; Qəməri Bəni Haşim (əleyhimussəlam) (Muqərrəm), səh. 18

[2] “Əl-Əbbas”, səh. 16

[3] “Vəqayeul-Əyyam, səh. 422



Etiketlər :

Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü