XƏBƏRLƏR ARXİVİ
15 October 2026
05:33
1171
Ramazan ayının gündəlik duaları
İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol! Məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır. Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et. Ey yolunu azmışlara yolgöstərən!
15 October 2026
05:33
1117
Ramazan ayının gündəlik duaları
İlahi, məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün Öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu
15 October 2026
05:33
1241
Ramazan ayının gündəlik duaları
İlahi, məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver. Məni təvazökar və saleh bəndələrindən qərar ver. İlahi, bu gün Öz məhəbbət və mərhəmətinlə Sənə yaxın olan bəndələrindən qərar ver. Ey mərhəmət edənlərin ən mərhəmətlisi!
15 October 2026
05:33
1110
Ramazan ayının gündəlik duaları
İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şük etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi!
15 October 2026
05:33
1132
Ramazan ayının gündəlik duaları
İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin ən səxavətlisi!
15 October 2026
05:33
1089
Ramazan ayının gündəlik duaları
İlahi, bu gün məni razı olduğun əməllərə yaxın et. Məni Öz qəzəbindən və əzabından uzaqlaşdır. Məni Quranın ayələrini oxumağa nail et. Ey rəhm edənlərin ən rəhmlisi!
15 October 2026
05:33
1098
Mübarək Ramazan ayının astanasında
Bu ayın keçmiş günlərində etdiyi günahların qalan günləri ərzində bağışlanmasını istə və çoxlu Quran oxu. Ayın axırında Allaha görə xalislərdən olasan deyə öz günahlarından tövbə et. Üzərində olan bütün haqları və əmanətləri ödə. Qəlbində olan kin-küdurəti çıxar. Bütün etdiyin günahları tərk et. Allahdan həya et və öz işlərinin gizli və aşkar məqamlarında Allaha təvəkkül et....
15 October 2026
05:33
1099
Ramazan ayının gündəlik duaları
İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et. Məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!
پربازدیدترین خبرها
15 October 2026
05:33
۱۳,۹۷۲
15 October 2026
05:33
۱۲,۴۸۰
15 October 2026
05:33
۱۱,۶۷۶
15 October 2026
05:33
۸,۰۱۲
15 October 2026
05:33
۷,۸۰۹
15 October 2026
05:33
۷,۱۹۵