XƏBƏRLƏR ARXİVİ
15 October 2026
22:59
858
Mübarək Ramazan ayının gündəlik duaları
Səkkizinci günün duası: İlahi, bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver. Məni Öz nemətinlə kəramətli və yaxşı insanlarla yoldaş et. Ey arzu edənlərin sığınacaq və pənahı!
15 October 2026
22:59
922
Mübarək Ramazan ayının gündəlik duaları
Yeddinci günün duası: İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol! Məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır. Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et. Ey yolunu azmışlara yolgöstərən!
15 October 2026
22:59
833
Mübarək Ramazan ayının gündəlik duaları
Altıncı günün duası: İlahi, məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün Öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu
15 October 2026
22:59
870
Mübarək Ramazan ayının gündəlik duaları
Beşinci günün duası: İlahi, məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver. Məni təvazökar və saleh bəndələrindən qərar ver. İlahi, bu gün Öz məhəbbət və mərhəmətinlə Sənə yaxın olan bəndələrindən qərar ver. Ey mərhəmət edənlərin ən mərhəmətlisi!
15 October 2026
22:59
842
Mübarək Ramazan ayının gündəlik duaları
Dördüncü günün duası: İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şük etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi!
15 October 2026
22:59
771
Mübarək Ramazan ayının gündəlik duaları
Üçüncü günün duası: İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin ən səxavətlisi!
15 October 2026
22:59
772
Mübarək Ramazan ayının gündəlik duaları
İkinci günün duası: İlahi, bu gün məni razı olduğun əməllərə yaxın et. Məni Öz qəzəbindən və əzabından uzaqlaşdır. Məni Quranın ayələrini oxumağa nail et. Ey rəhm edənlərin ən rəhmlisi!
15 October 2026
22:59
845
Mübarək Ramazan ayının gündəlik duaları
Birinci günün duası: İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et. Məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!
پربازدیدترین خبرها
15 October 2026
22:59
۱۳,۹۷۳
15 October 2026
22:59
۱۲,۴۸۲
15 October 2026
22:59
۱۱,۶۷۸
15 October 2026
22:59
۸,۰۱۳
15 October 2026
22:59
۷,۸۱۰
15 October 2026
22:59
۷,۱۹۶