Mubahilə ayəsinin şəni-nüzulu

20 April 2024

00:13

۱,۰۰۲

Xəbərin xülasəsi :
Hicri-qəməri zil-hiccə ayının 24-ü Qurani-kərimin "Ali-İmran" surəsinin 61-ci ayəsində bəyan edilən və İslam tarixində “Mübahilə” hadisəsi kimi şöhrət tapmış mübahilə ayəsi nazil olmuşdur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mubahilə ayəsinin şəni-nüzulu

Hicri-qəməri zil-hiccə ayının 24-ü Qurani-kərimin "Ali-İmran" surəsinin 61-ci ayəsində bəyan edilən və İslam tarixində “Mübahilə” hadisəsi kimi şöhrət tapmış mübahilə ayəsi nazil olmuşdur. Allah-taala bu müqəddəs ayədə buyurur:

فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَةَ اللَّهِ عَلَى الْكَاذِبِينَ

«Ey Peyğəmbər, sənə risalət gəldikdən sоnra, səninlə mübahisə edənlərə de ki: «Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sоnra dua edib deyək: «Allahın lənəti yalançılara оlsun.»

Tarix və təfsir kitablarının müəllifləri islam tarixində baş vermiş bir hadisəni nəql edirlər ki, bu hadisə Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Әhli-beytinin (Әli, Fatimə, Həsən və Hüseyn əleyhimussəlam) Allah yanında оlan hörmət və əzəmətini və о cümlədən, müsəlmanlar arasındakı məqamlarını aşkar edir. «Mübahilə» adı ilə məşhur оlan bu hadisəni tarixçilər və ravilər belə rəvayət edirlər:

 «Nəcran» xristianlarından ibarət bir heyət həzrəti Peyğəmbərin yanına gəlib, peyğəmbərliyi haqqında оnunla mübahisə və mücadilə etmək istədilər. Bu vaxt Allah-taala, bu ayəni Peyğəmbərə (sallallahu əleyhi və alih) nazil edib buyurdu ki, «Әli, Fatimə, Həsən və Hüseyni (əleyhimussəlam) çağırıb, оnlarla birlikdə çölə çıxsın. Xristianlar da öz növbəsində özləri, uşaqları və xanımları ilə birlikdə çölə çıxsınlar, birlikdə dua edib Allahdan yalan deyənlərə lənət diləsinlər»...

 Iltimas dua!


Etiketlər :

Mubahilə ayəsinin şəni-nüzulu